- Köhnə - Mədəniyyət
- 4 Mart 2013 17:49
- 3 150
Millət vəkili: “Əgər müğənnilərin toxunulmazlığı haqqında qanun qəbul etsək...”
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov AzNews.az-a açıqlamasında belə bir qanuna ehtiyacın olmadığını bildirdi: "Bəyəm müğənnilərə nə edirlər ki, hələ toxunulmazlıq qanunu da istəyirlər? İlhamə xanım nüfuzlu adamdır. Nazpəri də onun kimi. Yəni, biz müğənniləri bir-birindən qorumalıyıq? Yoxsa başqa təhlükə var? Əgər biz "Müğənnilərin toxunulmazlığı haqqında" qanunu qəbul etsək, neftçilər, idmançılar ayağa qalxıb bu qanunun qəbul olunmasını istəyəcək. İnsanların toxunulmazlığı Azərbaycan konstitusiyası ilə tənzimlənir. Başqa cür də ola bilməz. Belə bir təklif olsa baxarıq. Hər halda bu Mədəniyyət Komissiyasına aiddir. Parlamentin rəhbərliyi bunu hüququ cəhətdən əsaslandırılmış hesab etsə biz əlbəttə bunu komitənin iclasına çıxararıq.
Ümumiyyətlə, iki xalq artistinin arasında olan gərginliyin hüquq-mühafizə orqanlarına kimi gedib çıxması yaxşı hal deyil. Mən buna yalnız təsüf hissi keçirirəm".
Bahar Rüstəmli
AzNews.az