- Köhnə - Mədəniyyət
- 15 Mart 2013 14:43
- 1 514
Rasim Balayev gileyləndi: “Unudulmuşam”

R.Balayev bununla bağlı AzNews.az-a açıqlamasında bildirdi ki, kollektivdən ailəvi işinin ucbatından gen düşüb: "Mənə dəvət gəldi. Sadəcə işim şıxdı və ona görə gedə bilmədim".
Aktyorun sözlərinə görə, hazırda heç bir filmdən rol almayıb. Yeganə ümüdü isə bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin yeni il üçün istehsala buraxılacaq layihələrinədir:
"Görək də, siyahı açıqlansın, bəlkə bizə də nəsə verərlər. Əvvəl bir neçə filmdən dəvət almışdım. Amma nədənsə onlardan səs-səmir çıxmadı. Görürsünüz, hazırda bahar bayramıdır. Müxtəlif çəkilişlər, tədbirlər keçirirlər. Mənə heç bir yerdən dəvət gəlmədi. Heç yerə getmək istəmirəm. Adam yaddan çıxır deyirdilər. İndi baxıram ki, mənimki də bura qədərmiş. Doğrudan da yaddan çıxmışam".
Bahar Rüstəmli
AzNews.az