“ARB Günəş” kanalında yayımlanan “Mən məktəbli ikən” verilişinin qonağı xalq artisti Gülyanaq Məmmədova olub. “ARB Günəş” kanalında yayımlanan “Mən məktəbli ikən” verilişinin qonağı xalq artisti Gülyanaq Məmmədova olub.

“Yanağımdan öpdüyü üçün üzümü yumaq istəmirdim” - Gülyanaq Zeynəb Xanlarova barədə (Video)

“ARB Günəş” kanalında yayımlanan “Mən məktəbli ikən” verilişinin qonağı xalq artisti Gülyanaq Məmmədova olub.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni xalq artisti Zeynəb Xanlarova ilə bağlı xatirəsini bölüşüb:

“Şəkidə təşkil olunan müsabiqələrdən birindən çıxanda Zeynəb Xanlarova və həmin dövrdə rayon icra hakimiyyətində 3-cü katib işləyən Sevil xanım qarşımıza çıxdı. Sevil xanım bizi göstərib dedi ki, bu qızlar gələcəyin Zeynəbləridir. Zeynəb Xanlarova əyilib üzümüzdən öpdü, başımıza sığal çəkdi.

Bilirsiniz, uşağın yadından heç nə çıxmır. O qədər sevinmişdim onu həyatda gördüyümə, məktəbdə hamıya bu əhvalatı danışırdım ki, mən Zeynəb Xanlarova ilə görüşmüşəm, o məni yanağımdan öpüb. Buna görə hətta üzümü də yumaq istəmirdim”.