Pərvin Səfərov: “Çoban olduğuma görə qızı başqasına verdilər” - Video

Səsi ilə internetdə məşhurlaşan müğənni Pərvin Səfərovun bu gün ad günüdür.

33 yaşlı müğənni AzNews.az-a açıqlamasında dəlicəsinə bir qızı sevdiyini doğum günündə etiraf edib:

“Ad günümü onsuz qeyd edirəm. Sevdiyim bir qız vardı. Amma qovuşmağımız mümkün deyildi. O məni sevirdi, mən də onu. Nə edək ki, ailəsi məni istəmədi. Çobanlıq etdiyimə görə o qızı başqasına verdilər”.

Müğənni ad gününü axşam Bakıda, dostları ilə bir yerdə keçirəcəyini vurğulayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az