Bakı Estrada Teatrı “Olur belə şeylər” adlı yeni layihəsini təqdim edib Bakı Estrada Teatrı “Olur belə şeylər” adlı yeni layihəsini təqdim edib

Bakı Estrada Teatrından yeni layihə

Bakı Estrada Teatrı “Olur belə şeylər” adlı yeni layihəsini təqdim edib


Teatrın bədii rəhbəri Vüqar Əbdülovun AzNews.az-a açıqlamasında bildirdiyinə görə, sözügedən tamaşa sayca dördüncüdür.

V.Əbdülovun sözlərinə görə, "Olur belə şeylər"in əsas motivi cəmiyyətdə baş verən hadisələrlə bağlıdır: "Biz cəmiyyətdə baş verən hadisələrə yumoristik prizmadan yanaşmışıq. Hər bir səhnəsi 20-25 dəqiqədən ibarət olan layihə cəmiyyətin hərtərəfli problemlərindən bəhs edir. Bakı Estrada Teatrının təqdim etdiyi tamaşalar mövzu baxımından həm "Bu şəhərdə", həm də KVN-nin layihələrindən fərqlənir. Tamaşalarımızda canlı musiqi, rəqs, toxunduğumuz mövzuların hər birində güldürən və düşündürən tərəflər var. Bir sözlə, personajlara haqq qazandırmağa çalışırıq".

Bədii rəhbərin fikirincə,"Olur belə şeylər" layihəsi həmçinin üzdə olan sənət adamlarına da səhnəciklər həsr edib: "Biz konkret hədəfə sataşmırıq. Onların hər biri bizim dostumuzdur. Biz kimisə tənqid etmirik, yamsılamırıq, əksinə onların qarşılaşdığı problemləri əks etdirməyə çalışırıq və hesab edirik ki, onlar bizdən inciməzlər.
Teatrımızın yeni yaranmasına baxmayaraq, müxtəlif dəvətlər almışıq, ancaq hər hansı bir ölkəyə üz tutmaq haqda hələ ki, fikirləşmirik.Amma konsertlərlə bağlı gələcək planlarımız var. Yay mövsümünə nəzərdə tutduğumuz bu konsertlərə ciddi hazırlıq gedir".


"Rəqibləriniz varmı" sualına meyxanaçının cavabı belə oldu: "Bakı Estrada Teatrının kiminləsə rəqabət etmək fikri yoxdur. "Bu şəhərdə" və "KVN"-çilərin istedadına bələdik, onlar da eyniləbizi yetərincə tanıyırlar. Düşünürəm ki, hər birimizin tamaşaçımız var. Kiminsə maraq dairəsində ola bilərik və ya əksinə. Bizi bu qətiyyən narahat etmir".

Bahar Rüstəmli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description