Məşhur meyxanaçı evdən bayıra çıxa bilmir

“Kərim evdən bayıra çıxmır”.

Bunu AzNews.az-a açıqlamasında meyxana ifaçısı Ağamirzə Məmmədov deyib. Onun sözlərinə görə, meyxanaçı Kərimin danışığında problemlər yaranıb:

“Xəstələnəndən sonra ona tez-tez baş çəkirəm. Kərimdən bir də olmayacaq. Müalicəsi davam edir. Amma hələ ki, bir faydası yoxdur. Anasının ölümü onun xəstəliyini bir az da artırdı. Daha sənətlə məşğul olmur, danışığında problem var. Bir az arıqlayıb. Allahdan ümid kəsilməz. Sənət olmasa da olar, əsas odur ki, yaşasın”.

Qeyd edək ki, meyxana ifaçısı Kərim 2017-ci ilin aprel ayında insult keçirib.

Bahar RÜSTƏMLİ
AzNews.az