Mədəniyyət nazirinin əmri ilə YUĞ Dövlət Teatrına direktor təyin olunan İslam Həsənov kollektivə təqdim olunub. Mədəniyyət nazirinin əmri ilə YUĞ Dövlət Teatrına direktor təyin olunan İslam Həsənov kollektivə təqdim olunub.

YUĞ Teatrının yeni direktoru kollektivə təqdim edildi - Foto

Mədəniyyət nazirinin əmri ilə YUĞ Dövlət Teatrına direktor təyin olunan İslam Həsənov kollektivə təqdim olunub.

Teatrdan AzNews.az-a verilən məlumata görə, İslam Həsənovu kollektivə Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov təqdim edib.

İsmayıl Hüseynov YUĞ Teatrının Azərbaycan mədəniyyətində tutduğu yerdən danışıb və ölkədəki bütün teatr-tamaşa müəssisələri kimi, öz fərqli sənət yolu olan bu teatrın dövlətin himayəsində olduğunu bildirib.

Qeyd edək ki, İslam Həsənov buna qədər Sumqayıt Dövlət Dram Teatrının direktoru olub.

Bundan əvvəl YUĞ teatrında direktor əvəzi vəzifəsini Kukla Teatrının direktoru Rəşad Əhmədov icra edib.

AzNews.az

image description