Bu gün müğənni Akif İslamzadənin 70 yaşı tamam olur. Bu gün müğənni Akif İslamzadənin 70 yaşı tamam olur.

70 yaşlı Akif İslamzadə: “Səhnədə olmasam da...”

Bu gün müğənni Akif İslamzadənin 70 yaşı tamam olur.

Doğum günü təəssüratlarını AzNews.az-la bölüşən sənətkar ona cəmiyyətdə böyük bir sayğının olduğunu qeyd edib:

“Çoxlu sayda təbriklər gəlir. Bundan əlavə sosial şəbəkədə də yazırlar. Bunlar mənə qarşı olan sayğıdan irəli gəlir. Səhnədə olmasam da, ürəklərdəyəm. Bir neçə mahnı ilə milyonların yaddaşında olmaq, xalqın məhəbbətini qazanmaq böyük xoşbəxtlikdir”.

Akif İslamzadə 70 illik yubileyini dostları ilə keçirəcəyini deyib: “Axşam bağda olacağıq. Planda yubileyi davam etdirmək də var. Payızda bir tədbir keçirərik”.

70 yaşlı sənətkar xalqın ona qarşı sevgisini də cavabsız buraxmayıb:

“Ata üçün övladdan əziz nə ola bilər? Oğluma nə arzulayıramsa millətə, xalqa da onu arzulayıram”.

Bahar RÜSTƏMLİ
AzNews.az