- Köhnə - Mədəniyyət
- 27 Mart 2013 12:26
- 1 545
Berlində filmimizin təqdimatı keçirildi

Diasporla İş üzrə Dövlət Komitəsindən çərşənbə günü trend-ə verilən məlumata görə, müasir caz musiqisinin klassik muğam mahnıları ilə sintezinə həsr edilmiş film Alman-Azərbaycan Forumu, E-ON, ARDNŞ və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə çəkilib. "Das apartment" TV-nin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də "Salnamə" studiyasının birgə istehsalı olan filmdə Azərbaycanda caz və muğam musiqisinin tarixi haqqında məlumat, hər iki musiqi növünün tanınmış ifaçıları ilə müsahibələr verilib. Filmdə, həmçinin Azərbaycanın tarixi və mədəniyyəti, görməli yerləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumatlar öz əksini tapıb.
Filmin təqdimatında Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin digər məsul əməkdaşları, alman ictimaiyyətinin çoxsaylı nümayəndələri və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
AzNews.az