“Heç bir teatrdan dəvət gözləmirəm”. “Heç bir teatrdan dəvət gözləmirəm”.

“Tədbirlərə televizordan baxıram” - Xalq artisti

“Heç bir teatrdan dəvət gözləmirəm”.

Bunu AzNews.az-a açıqlamasında xalq artisti, məşhur “Bəxt üzüyü” filimində "Moşu" obrazının ifaçısı Valeh Kərimov deyib. Aktyor tədbirləri efirdən izlədiyini qeyd edib:

“Evdəyəm, heç bir yerdə işləmirəm. Bir aktyor olaraq, səhnə ilə bağlı bütün ümidlərim qırılıb. Heç yerdən hər hansı bir təklif gözləmirəm. Tədbirlərə də evdə televizorlardan baxıram”.

Qeyd edək ki, xalq artisti Valeh Kərimov yaşla əlaqədar teatrdan uzaqlaşdırılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az