"Forbes"in versiyasına görə, 2018-ci ilin ən çox qazanan aktyoru Corc Kluni olub. "Forbes"in versiyasına görə, 2018-ci ilin ən çox qazanan aktyoru Corc Kluni olub.

Dünyanın ən çox qazanan aktyoru? - Fotolar

"Forbes"in versiyasına görə, 2018-ci ilin ən çox qazanan aktyoru Corc Kluni olub.

AzNews.az istinadən xəbər verir ki, Kluni 2017-ci ilin iyun ayından cari ilin analoji dövrünə qədər olan müddət ərzində 239 milyon dollar qazanıb.

Bu barədə jurnalın saytında məlumat yerləşdirilib.

Kluninin gəlir mənbəyi təkcə film sənayesi deyil. O, həmçinin, sahibi olduğu "Casamigos Tequila" şirkətindən külli miqdarda gəlir əldə edə bilib.

2018-ci ilin ən yüksək ödənişli aktyorları arasında ikinci yeri Dueyn Conson tutur. O, göstərilən dövr ərzində 124 mln. dollar qazanıb. Aktyorun ötən ildən bu yana gəlirlərini ikiqat artırdığı bildirilir.

Image result for dueyn jonson

İlk üçlüyü 81 milyon dollar qazanan Robert Dauni qapayıb.

Related image

2017-ci ildə "Forbes"in reytinqində birinci yeri Mark Uolberq tutub. Həmin vaxt onun illik gəliri 68 milyon dollar təşkil edib.

Image result for uolberg