- Köhnə - Mədəniyyət
- 24 Avqust 2018 00:00
- 21 807
"Qara Deşik" əsəri? - İnsanı içəri doğru çəkir (Fotolar)
Bu gün hindistanlı rəssam Aniş Kapoor Portuqaliyanın Porto şəhərində öz sərgisini açıb.
AzNews.az xəbər verir ki, Kapoor "İş, təcrübə və düşüncələr" adlı sərgidə 56 əsərini rəsmsevərlərə təqdim edib.
İctimaiyyətin ən çox diqqətini çəkdiyi əsər isə "Qara Deşik" adlı əsər olub.
Rəssam bildirib ki, bu əsərin əsas məğzi "Araf"a keçiddir. Bu Deşiyin insanları özünə doğru çəkdiyini təsvir edib.

Qeyd edək ki, Araf dində cənnət və cəhənnəm arasında yerləşən bir yer kimi qəbul olunur.
Ümumiyyətlə, bu fikirin oxşarını impressionizmin bariz nümunəsi Kazimir Maleviçin "Qara Kvadrat" əsərində də görə bilərik. Sadəcə Maleviç bu əsərin hər şeyin yox, heç nəyin tablosu olduğunu bildirmişdi.

Murad Abdulla