- Köhnə - Mədəniyyət
- 25 Sentyabr 2018 12:30
- 6 598
Bakı Uşaq Teatrı açılışa hazırlaşır
Bakı Uşaq Teatrı yeni mövsümün açılışına hazırlaşır.
AzNews.az xəbər verir ki, teatr yeni mövsümünü sentyabrın 26-da açacaq.
Teatrdan verilən məlumata görə, sentyabrın 26-sı təsadüfü seçilməyib: “Bu tarix qardaş Türkiyədə 1932-ci ildən Türk Dili Bayramı kimi qeyd olunur. Açılışda balaca seyrçilərə bayram şousu, repertuarındakı tamaşalardan səhnələr, Tofiq əminin iştirakı ilə illuziya nömrələri, şou-proqram nümayiş olunacaq”.
27 sentyabrda isə böyüklər üçün tamaşa Dillər Universitetində nümayiş olunacaq. Tamaşaçılar Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?!” əsəri əsasında Elşən Zeynallının quruluşunda eyniadlı tamaşaya baxacaqlar.
Bahar RÜSTƏMLİ
AzNews.az