Azərbaycan Tərcümə Mərkəzinin yeni seçilmiş İdarə Heyəti ilə Elmi Şurasının birgə toplantısı keçirilib. Azərbaycan Tərcümə Mərkəzinin yeni seçilmiş İdarə Heyəti ilə Elmi Şurasının birgə toplantısı keçirilib.

Tərcümə Mərkəzinin Elmi Şurası ilk toplantısını keçirdi

Azərbaycan Tərcümə Mərkəzinin yeni seçilmiş İdarə Heyəti ilə Elmi Şurasının birgə toplantısı keçirilib.

AzNews.az-ın verdiyi xəbərə görə, Mərkəzin İdarə Heyətinin sədri Afaq Məsud qurumun İdarə Heyətinin yeni təyin edilmiş üzvlərini (akademik Nizami Cəfərov, psixologiya elmləri doktoru, professor Səməd Seyidov) və yeni tərkibdə təsdiq olunmuş Elmi Şurasının üzvlərini (filologiya elmləri doktoru, professor Vilayət Quliyev, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Rüstəm Rəsulov, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru Paşa Kərimov) salamlayıb.

Toplantıda Mərkəzin 2014-2018-ci illər üzrə fəaliyyəti, “Azərbaycan dilinin orfoqrafiya sözlüyü”nün yeni nəşri ilə bağlı hesabatlar dinlənilib, 2019-cu ilin Tematik planı, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi istiqamətində atılacaq zəruri addımlar müzakirə olunub. Qurumun dörd illik fəaliyyəti, başqa ölkələrdə yaradılan nümayəndəlikləri ilə iş, dövlət qurumlarında həyata keçirilən rəsmi yazışmaların dil və tərcümə keyfiyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, habelə “Azərbaycan dilinin orfoqrafiya sözlüyü”nün yeni nəşrinə dair hesabat Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib.

AzNews.az