“Miss Azerbaijan 2013” seçildi

Ötən gün "Miss Azerbaijan" 2013 müsabiqəsinin finalı baş tutub

AzNews.az- ın Axşam.az-a istinadən vediyi xəbərə görə, yarışmanın münsif kürsüsündə xalq artisti İlhamə Quliyeva, Təranə Muradova, modelyer Leyla Əhmədova, model Züleyxa Akçurina və başqaları əyləşib.

Aparıcılığını Anar Xəlilov və Minarə Atasiyevanın etdiyi gecədə finalçılar dörd turda öz məharətlərini göstərib.

Birincilik uğrunda mübarizə aparan gənc xanımlar bir neçə nominasiya üzrə mükafatlandırılıblar.

"Miss Azerbaijan 2013" adına isə Fidan Məmmədova layiq görülüb. Fidanın tacını Züleyxa Akçurina taxıb.

Qaliblərə sponsorlar tərəfindən hədiyyələr və "Miss Azerbaijan"ın model sertifikatı verilib.

AzNews.az
image description