“Dolu“ filmi mükafata layiq görüldü

Mədəniyyət və Turizm Nazirliyinin teatr, musiqi, təsviri sənət və kino sahəsində fərqlənənlərə təqdim etmək üçün təsis etdiyi "Zirvə" mükafatı qaliblərini tapıb.

Bu dəfə ən yaxşı kino əsəri olmaq "Dolu" filminin taleyinə yazılıb. "Dolu" filmi və onun ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov və bəstəkarı Polad Bülbüloğlu "Zirvə" mükafatına layiq görülüb.

Mükafatın nizamnaməsinə görə, kino sahəsi üzrə qalib gələn ssenari müəllifi, rejissor, operator, aktyor, aktrisa hər biri 5000 (beş min) manat pul mükafatı alır. //adalet.az//

AzNews.az