“Ona cavab verib təzyiqini qaldırmaq istəmirəm”


Yazıçılar əhatəsində yeni qalmaqalın bünövrəsi qoyulub. Bu dəfə üz-üzə gələnlər Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Fikrət Qoca və gənc yazar Cəlil Cavanşirdir.

F.Qocanın C.Cavanşir və onun əhatəsində olan gənclərin dar düşüncəli adamlar olduğu ilə bağlı ittihamına cavab verən gənc yazar AzNews.az-a bildirib ki, Fikrət Qoca qocalıb: "Fikrət Qoca o qədər qocalıb ki, ona cavab verib təzyiqini qaldırmaq istəmirəm. Qorxuram cavab verərəm, xəstəxanalıq olar. Ancaq dəqiq bilirəm ki, AYB-ni şər yuvasına çevirənlərdən biri də bu qocadır. Bir çox qocalar kimi, o da xərifləyib. Məncə ədəbiyyat üçün gördüyü az-çox işləri gözdən salmaq istəmirsə, çəkilib otursun bir tərəfdə, bala-bala təqaüdünü xərcləsin. Ancaq deyəsən, nəvələrinə də təqaüd, ev almadan əl çəkməyəcək AYB-dən".

C.Cavanşir qocaman şairə dincəlməyi məsləhət görüb.

Bahar Rüstəmli
AzNews.az