- Köhnə - Mədəniyyət
- 14 Sentyabr 2013 10:38
- 2 706
Həmid Herisçinin ANS-dəki verilişini bağladılar
""Gizli Azərbaycan" telelayihəsi qapadıldı. Buna verilişin sloqanıyla cavab verərdim- Pirlərlə vidalaşmırlar. Pirlərlə ancaq salamlaşırlar..."-deyə Həmid Herisçi bildirib.
Qapadılan telelayihə barədə danışan H.Herisçi daha sonra deyib: "Buna əsla sıxılmıram... Layihə vasitəsiylə ölkəmizin paranormal ərazilərinə, sirlər xəzinəsinə daxil olaraq, saysız sehrlərə bələd oldum... Dərk etdim ki, ufologiyasız bəzi düyünləri açmaq mümkün deyil... Düzü, bu aləm məni öz ağuşuna aldı... Onu indi də tədqiq edirəm... İstəyirəm, bu təcrübəm barədə samballı kitab qələmə alım...".
H.Heriçsinin bildirdiyinə görə, "Gizli Azərbaycan"da o, öz oxu ətrafında 180 dərəcə dönüş etdi. "Xalqın altşüuruna, onun mistisizminə güzgü tutdum. Qəhrəmanlar ziyalılar deyil, xalq mistikləri idi".
"Stalker... mən stalker idim bu veriliş zamanı..."-deyə H.Herisçi "Gizli Azərbaycan" verilişi barədə təəssüflə qeyd edib...(modern.az)
AzNews.az