“Mahmud və Məryəm”in nümayiş tarixi açıqlandı

Xalq Yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında çəkilmiş eyniadlı filmin Azərbaycanda nümayiş tarixi açıqlanıb.


AzərTAc xəbər verir ki, film sentyabrın 27-dən etibarən Nizami Kino Mərkəzində göstəriləcək. Azərbaycanın "Salnamə" studiyası və Türkiyənin "24 Kare Film" şirkəti tərəfindən ekranlaşdırılan tammetrajlı film ayrı-ayrı dünyalara aid iki gəncin sevgi hekayəsindən bəhs edir. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşişin qızıdır. Hadisələrin mərkəzində Mahmud ilə Məryəmin bir-birinə olan məhəbbəti dayanır.

İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli qara keşişdir. Nağıl və fantastik elementlərin vəhdət təşkil etdiyi filmdə Mahmud rolunu Aras Bulut, Məryəm obrazını Eva Dedova canlandırıb.


AzNews.az