Yeni ədəbi-bədii dərgi işıq üzü gördü

Azərbaycanda yeni ədəbi-bədii dərgi işıq üzü görüb. "Bizdən-Bizə" adlanan jurnalın ilk sayı 300 tirajla nəşr olunub. Jurnalın təsisçisi və baş redaktoru şair Elçin Aslangil, redaktorları Şahlar Ruhi və Bahdur Qobustandır. Jurnal ayda bir dəfə çıxacaq.
Müasir dövrdə elektron dərgilərin bol olmasına baxmayaraq, yenidən kağız üzərindəki ədəbiyyata ehtiyac duyulur. Azərbaycanda ilk dəfə eksperiment nümunələrlə çap olunan bu dərgi həm də sizin eksperimentinizdir.

Dərginin bir məqsədi maraqlı mətnləri çap eləmək, ədəbiyyata heç bir artıq "ünsür"ü qarışdırmamaqdı
"Bizdən bizə"nin yazarları özlərini dünyanın ən özgür ruhlu yazarları hesab edir. Hər kəslə, istənilən təşkilat və qurumla, birliklə ədəbiyyat naminə faydalı olacağı təqdirdə iş birliyi yapmağa hazırdır.
Jurnalın il sentyabr nəşrində Aişə Nəbi, Xanəmir Telmanoğlu, Bahadur Qobustan, Namiq Rəssam, Anar gülümsoy, Elçin Aslangil, Şəfə vəliyeva və digər gənc yazarların müxtəlif tipli bədii yazıları yer alıb.

AzNews.az