Amaliya Pənahova: “Maqbet də bu işi eləyib”

Bakı Bələdiyyə Teatrının direktoru, Xalq artisti Amaliya Pənahova ilə Akademik Milli Dram Teatrının sabiq direktoru Maqbet Bünyadov arasında qalmaqal daha da böyüyüb.

A.Pənahovanın "Akademik Milli Dram Teatrı həmişə mənim aktyorlarımı öz səhnəsinə aparıb, sonra məhv edib, işdən çıxarıb" ittihamına M.Bünyadovun sərt reaksiyası Xalq artistini qəzəbləndirib.

M. Bünyadovun "Artıq o, ağlını çaşdırıb" sözlərinə Amaliya Pənahovanın cavabı geçikməyib.

A.Pənahova AzNews.az-a "Maqbet də bu işi eləyib, ancaq mən Maqbetin adını çəkməmişəm, müdirlər demişəm. Mən olan söhbəti demişəm və o, bunu eləyib. Sübutum da var. Maqbet Bünyadov Bakı Bələdiyyə Teatrı adında qurum tanımadığını deyir. Onun özü bu qurumdan kənardır. Ona görə bu işləri bilmir. Bizim qurumu Heydər Əliyev tanıyıb. O, tanımır, tanımasın. Heç onun tanıması mənim üçün vacib deyil" deyə vurğulayıb.

Aygün
AzNews.az