Anar: “Belə sürprizli gecə gözləmirdim”

Dünən Xalq yazıçısı, AYB-nin sədri Anarın 75 illik yubileyi qeyd edilib. Sözügedən tədbir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutub. Yubiley iştirakçıları əvvəlcə teatrın foyesində yazıçının ədəbi, elmi və tənqidi fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olublar. Sonra Anarın həyat və yaradıcılığından bəhs edən videofilm nümayiş olunub. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı Aqil Abbas iştirak edərək yazıçının yaradıcılığından söhbət açıblar.

Yubilyar isə öz növbəsində "Doğrusu, belə sürprizli gecə gözləmirdim. Bu məni sevindirdi. Mən sizin Anarınızam" deyə Bakı Şəhər Baş Mədəniyyət və Turizm İdarəsinə dərin təşəkkürünü bildirib. Sonda isə Anarın əsərləri əsasında hazırlanmış tamaşalardan səhnəciklər nümayiş etdirilib.

Bahar
AzNews.az