Milli Dram Teatrında mətbuat konfransı keçiriləcək

Bu gün Akademik Milli Dram Teatrında İran İslam Respublikasının teatr xadimləri ilə birgə mətbuat konfransı keçiriləcək.

AzNews.az xəbər verir ki, mətbuat konfransında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, İran Teatr idarəsinin baş müdiri və heyətin rəhbəri Gader AŞNA, baş müdirin müavini Mehdi Şafiei, Tehran Şəhər Teatrının direktoru Atabək Naderi iştirak edəcək.

Bahar Rüstəmli
AzNews.az