“Böyük kitab“ “Dəfnə“ əsərinə görə Yevgeni Vodolazkinə verildi

AzNews.az Vestı. RU - ya istinadən xəbər verir ki, "Böyük kitab" müsabiqəsinin münsiflər heyəti ötən ilin qaliblərini elan edib. 1-ci yer "Dəfnə" romanına görə Yevgeni Vodolazkinə verilib. 2-ci yerə Sergey Belyakov "Qumilyov Qumilyovun oğludur" kitabına görə layiq görülüb. Yuriy Buyda "Oğru, casus, qatil" romanina görə 3-cü yeri tutub.
Laureatların təntənəli mükafatlandırılması mərasimi Moskvada Paşkov Evi-ndə baş tutub. Qaliblər 5 ay ərzində Facebook sosial şəbəkəsində sevdikləri müəllifə səs verən oxucuların rəylərinə görə və münsiflərin rəylərindən çıxan ortaq nəticəyə görə seçiliblər.
2012-ci ildə Daniil Qranin "Mənim leytenantım" romanına görə bu müsabiqənin qalibi olub. İkinci yerə "Aksyonov" romanına görə Aleksandr Kabakov, üçüncü yerə isə Marina Stepnovoy "Lazar qadınları" əsərinə görə layiq görülüblər.
Rusiyada "Böyük kitab" Milli ədəbiyyat mükafatı 2005 - ci ildə təsis olunub. RF-nın Mədəniyyət Nazirliyi, nəşriyyat və kütləvi yayım üzrə Federal agentlik, RMEA - nın rus ədəbiyyatı institutu, Rusiya kitab ittifaqı, Rusiya kitabxanalar assosiasiyası bu mükafatın həmtəsisçiləridirlər.

Azər
AzNews.az