Dram teatrında yeni layihə

Sumqayıt Dövlət Musiqili Dram teatrı yeni layihə həyata kecirəcək.


AzNews.az xəbər verir ki, teatr rəhbərliyi əsgərlərimizdəki hərbi vətənpərvərlik ruhunu daha da artiımaq üçün teatrın ecazkar guşəsindən istifadə etməyi qərara alıb. Bu lahiyə əsgərlərin həm asudə vaxtlarının səmərəli keçirilməsi baxımından, həm də onların dünyagörüşlərinin, eləcə zövqlərinin formalaşması baxımından cox önəmlidir.

Qeyd edək ki, hərbi hissənin əsgərləri artiı teatrın bir necə tamaşasına baxıb. Lahiyə çərçivəsində ən yaxşı əsgər-tamaşaçı seçilərək mükafatlandırılacaq.

Bahar
AzNews.az