Fazil Mustafanın yeni kitabı çap olundu- FOTO


Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın yeni kitabı çapdan çıxıb.

AzNews.az-ın xəbərinə görə, "Zamanı tələsdirənlər" adlı kitab "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görüb.

Kitabda Fazil Mustafanın 2013-cü ilin sonlarında dövri mətbuatda və sosial şəbəkələrdə dərc olunmuş məqalələri yer alıb. Müəllifin siyasi, dini, fəlsəfi düşüncələri, günün aktual problemlərinə baxışı, ayrı-ayrı opponentlərin iradlarına cavab yazıları oxucular üçün maraqlı olacaq.

Nuru Paşa və onun komandanlıq etdiyi Qafqaz İslam Ordusunun
imanlı əsgərlərinin ruhuna ithaf olunan kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.

AzNews.az