90-cı illərdən bəhs edən filmin təqdimatı olacaq

"Mən evə qayıdıram" tammetrajlı bədii filminin təqdimat mərasimi olacaq.


Rejissor Samir Kərəmoğlu AzNews.az-a açıqlamasında bildirdi ki, film 1990-cı illərdə ölkəmizin qarışıq siyasi vəziyyətini özünəməxsus şəkildə əks etdirir.

İsmayıl Səfərlinin ssenari müəllifi olduğu filmdə xalq artisti, mərhum sənətkar Yaşar Nuru, Fuad Poladov, Emil Bədəlov, Vladimir Yakovlev və başqaları rol alıb.

Qeyd edək ki, film fevralın 26-da Xocalı soyqırımının il dönümündə "Nizami" kinoteatrında nümayiş olunacaq.

Bahar
AzNews.az