- Köhnə - Mədəniyyət
- 26 Fevral 2014 13:32
- 3 500
Xocalı soyqırımı ilə bağlı ərəb dilində kitab nəşr edilir

Şuradan verilən məlumata görə, 19 -24 fevral tarixlərində 10-a yaxın ərizəyə baxılıb, Xocalı soyqırımı ilə bağlı ərəb dilində ilk dəfə yazılan "Əl-Ədalət Li Xocalı" (Xocalıya Ədalət) kitabının çap edilməsi qərara alınıb.
Kitabda bəşəriyyətə qarşı ağır cinayət və soyqırım kimi qiymətləndirilən Xocalı faciəsi haqda ərəbdilli oxucular üçün müfəssəl məlumat verilir. Faciənin səbəbləri, həlak olanların siyahısı, müxtəlif beynəlxalq xəbər agentliklərinin məlumatları, hadisənin soyqırım kimi tanıyan beynəlxalq hüququn akt və normaları, həmçinin Azərbaycan Respublikası Prezidentinin hadisəyə verdiyi siyasi qiymət kitabda ətraflı işıqlandırılıb.
AzNews.az