“Nazirlik bu insanların varlığından xəbərsizdir” – Məşhur rəqqas


"Aprelin 29-u Beynəlxaq Rəqs Günü idi. Amma təəsüflər olsun ki, Azərbaycanda bir dəfə də olsun rəqs günü təntənəli olaraq qeyd olunmayıb". Bunu AzNews.az-a açıqlamasında Beynəlxalq Müsabiqələr Laureatı Şəhriyar Cəfərov deyib.

O, bildirib ki, Azərbaycanda rəqs sənətinə qarşı həmişə biganəlik olub: "Ölkədə teatr günü olur, onu qeyd edirlər. Hətta bəzən bu bayram ənənəsi halını alır. Amma rəqs günü ilə bağlı heç bir tədbir düzənlənmir. Əsas problem o idi ki, rəqs sənətində canını qoyan sənət adamlarının biri belə televiziyaya dəvət almadı. Biri belə, yada düşmədi. Bu qədər də biganəlik olmaz. Onlar Azərbaycan rəqs sənətini təmsil edib. Düşünürəm ki, rəqs günü heç Mədəniyyət və Turizm Nazirliyinin də yadına düşməyib. Əgər düşsəydi, nazirlikdən qocaman sənətkarlardan birinə zəng olunardı, təbrik edilərdi. Baxmayaraq ki, onların sayı çox azdır. Nazirlik bu insanların varlığından, həyatda olmağından belə xəbərsizdir".

Bahar Rüstəmli
AzNews.az