Azərbaycanda bir ilk- “Bu mənəm”

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Azərbaycanda ilk dəfə uşaq ifalarından ibarət "Bu mənəm" albomu işıq üzü görüb.

Bu barədə AzNews.az-a layihənin rəhbəri, bəstəkar Bəbir Bəbirov məlumat verib. Onun sözlərinə görə, alboma daxil olan mahnılar Azərbaycanın istedadlı balaca ulduzları, Azərbaycanı "Avroviziya" müsabiqəsində təmsil edən uşaqlar, həmçinin bir çox müsabiqələrin qalibləri tərəfindən ifa olunub. Uşaq mahnılarından ibarət diskin buraxılmasının məqsədi uşaq mahnılarının təbliği, istedadlı uşaqlara dəstəkdən ibarətdir.

Mayın 27-də Bakı Caz Mərkəzinin təşkilati dəstəyi və Ok jurnalının informasiya dəstəyi ilə "Bu mənəm" adlı diskin təqdimatı olacaq. Konsertdə Azərbaycanda ilk dəfə "Rəngarəng duyğular" uşaq rəsm studiyasının moda nümayişi olacaq. Konsertdən sonra Jazz Band öz ifası ilə dinləyicilərə gözəl musiqi dəqiqələri bəxş edəcək. Orada tanınmış müğənnilər, həmçinin müxtəlif peşə sahibləri qonaq qismində iştirak edəcəklər. Tədbirdə həmçinin istedadlı uşaqlara dəstək aksiyası keçiriləcək.

Bahar
AzNews.az