“Qız yükü” teleserialının ətrafında yaranan qalmaqal səngimək bilmir. Artıq tərəflər arasındakı gərginlik məhkəmə instansiyasına çıxıb. Serialın ssenari müəllifi qonararını ala bilmədiyi üçün rejissor İntiqam Hacılını məhkəməyə verib. “Qız yükü” teleserialının ətrafında yaranan qalmaqal səngimək bilmir. Artıq tərəflər arasındakı gərginlik məhkəmə instansiyasına çıxıb. Serialın ssenari müəllifi qonararını ala bilmədiyi üçün rejissor İntiqam Hacılını məhkəməyə verib.

Erotik filmə görə ATV məhkəməyə gedir

“Qız yükü” teleserialının ətrafında yaranan qalmaqal səngimək bilmir. Artıq tərəflər arasındakı gərginlik məhkəmə instansiyasına çıxıb. Serialın ssenari müəllifi qonararını ala bilmədiyi üçün rejissor İntiqam Hacılını məhkəməyə verib.



Filmin ssenaristi Arzu Soltan AzNews.az-a deyib ki, məhkəməyə müraciət etməsinə səbəb onun hüquqlarının İ. Hacılı tərəfindən pozulmasıdır.

A.Sultan əlavə edib ki, baş verənlərlə bağlı "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının rəhbəri Vüqar Qaradağlıya məktub ünvanlayıb.

Ssenarist bildirib ki, müraciətdən dərhal sonra ATV rəhbərliyi media vasitəsilə ona cavab verib: "Bu qurumun rəsmisi deyib ki, həmin məsələnin onlara heç bir aidiyyatı yoxdur. Bu problem rejissor ilə ssenaristin arasında həll olunmalıdır".

A.Soltan əlavə edib ki, burada ən maraqlı məqam məktubun ATV-nin seriallar üzrə şöbəsinin müdiri Vado Korovinin imzası ilə məhkəməyə daxil olmasıdır: "Maraqlı odur ki, məktubun nə tarixi, nə də şirkətdən çıxış nömrəsi var. Yəni, məktub qeydiyyata alınmayıb. Anlaya bilmirəm, görəsən, ATV rəhbərliyinin bu məktubdan xəbəri varmı?"

Onun sözlərinə görə, məhkəmədə ona ATV-yə qarşı iddia qaldırmağı da təklif edib.

Bahar Rüstəmli
AzNews.az