Əbülfəs Qarayev: “Kadrlara tələbat var“

Hazırda bu sahə üzrə 1500 tələbə təhsil alır

Bu gün Azərbaycanın turizm sənayesində yaxşı xidmət göstərməyə qadir olan kadrlara tələbat var. AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, bununla əlaqədar bu il turizm sənayesi üzrə ali məktəblərə qəbul planı artırılıb. Hazırda bu sahə üzrə 1500 tələbə təhsil alır.

Bunu kifayət qədər böyük rəqəm sayan Qarayev bildirib ki, qəbul planının ildən-ilə artacağı gözlənilir. "Azərbaycanda turizm peşə məktəbi də açılıb. Orada təxminən 500 tələbə təhsil alır. Bu say artmalıdır, çünki Azərbaycan turizminin inkişafı göz qabağındadır", - nazir deyib.

AzNews.az