Kinoaləmdən və jurnalistlərdən qaçan Şəfiqə Məmmədova

“Mən nə mətbuata, nə də internet portallarına çıxmaq istəmirəm”

"Mən Azərbaycan kinosunun problemlərindən danışmaq istəmirəm". Bunu AzNews.az-a Xalq artisti Şəfiqə Məmmədova bildirdi.

Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri Ş.Məmmədova təkcə bu mövzu ilə deyil, ümumiyyətlə, Azərbaycan mətbuatına çıxmamağına özünə söz verdiyini dedi: "Mən nə mətbuata, nə də internet portallarına çıxmaq istəmirəm".

Xatırladaq ki, Ş.Məmmədova "OSKAR" mükafatçısı Rüstəm İbrahimbəyova alternativ olan bir qurumun - Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqının sədridir.

Bahar
AzNews.az