“Bu məsələyə münasibət bildirənlərin hansı rüşvət almır?” “Bu məsələyə münasibət bildirənlərin hansı rüşvət almır?”

Teatr rəhbəri Gülər Əhmədovanın müdafiəsinə qalxdı

“Bu məsələyə münasibət bildirənlərin hansı rüşvət almır?”



Gülər Əhmədova ilə Elşad Abdullayev arasındakı qalmaqal mədəniyyət adamlarını dilə gətirib. Uşaq Teatrının direktoru İntiqam Soltan AzNews.az-a açıqlamasında demokratik qüvvələrə mesaj ünvanladı: "Yıxılana balta vurmaq kişi işi deyil. Cinayət işi açılıb, vəssalam. Qanun qanundur. Gülər Əhmədova məsələsini çox ağardırlar.

Guya bu Azərbaycanda təsadüfi bir şeydir. Bu məsələyə rəy bildirənlərin hansı rüşvət almır? Hələ mən müxalifətçiləri nəzərdə tuturam. Hansı bir adamın əli çirkli pula dəyməyib? Sadəcə, onlar belə hesab edir ki, daha ağıllı işləyir, bunların xəbəri yoxdur. Bəs mənim vicdanım? Mən təmizəmmi ki, Gülər Əhmədova haqqında o sözləri deyim? Mən demirəm ki, Gülər Əhmədova pakdır"?

İ.Soltan bildirdi ki, Gülər Əhmədova çox ağıllı, şüuru işləyən qadındır: "O, necə səhv edib? Bax, mən bunu bilmirəm. Təkcə onun Milli Məclisə istefa ərizəsindən hiss olunur ki, o, necə bir siyasətçi qadın idi. O vaxt aramızda güclü bir münaqişə olmuşdu. Gülər xanım həmin vaxt ağıllı bir söz işlətmişdi. Demişdi ki: "İntiqam, mən dalaşanda sağ əlimi arxada gizlədirəm".

Bahar Rüstəmli
AzNews.az