- Köhnə - Mədəniyyət
- 13 Oktyabr 2012 07:53
- 3 643
Xalq artistinin İtaliyada yeni diski buraxıldı

R.Quliyevin sözlərinə görə, bu disk Azərbaycan tarının ünvanı ilə səviyyəsini təbliğ edir: "Diskdə Azərbaycan tarını dünya səviyyəsinə tanıdacaq əsərlər, milli musiqilər, mahnılar, muğamlar yer alıb. Bu disk Mədəniyyət və Turizm Nazirliyi ilə YUNESKO arasında aparılan danışıqlar əsasında reallaşıb".
Xalq artistinin yaradıcılığı bununla kifayətlənmir. Qarşıdakı aylarda bir sıra səfərlərin reallaşacağını deyən tarzən onun məqsəd və məramından danışdı: "Bizim ata-oğul məqsədimiz Azərbaycan milli musiqisini dünyaya çatdırmaqdır. Özü də bu konsert proqramlarını həmin ölkələrin böyük dövlət orkestləri, ansambılları ilə həyata keçirməkdir. 80-90 nəfərin arxasında oturub onları arxamızca aparmaq lazımdır. Əsas budur".
Bahar Rüstəmli
AzNews.az