Dövlət Musiqili Teatrının gənc rejissorları – Anar Sadıqov və Əlif Cahangirov sabah Moskvaya gedir. Dövlət Musiqili Teatrının gənc rejissorları – Anar Sadıqov və Əlif Cahangirov sabah Moskvaya gedir.

Azərbaycanın gənc rejissorları Moskvaya gedir - SƏBƏB

Dövlət Musiqili Teatrının gənc rejissorları – Anar Sadıqov və Əlif Cahangirov sabah Moskvaya gedir.


Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu AzNews.az-a bildirib ki, A. Sadıqov və Ə. Cahangirov Rusiya Federasiyasının paytaxtında keçirilən Çexov adına Beynəlxalq Teatr Festivalında iştirak edəcəklər.

Eyni zamanda bu festival çərçivəsində "Gənc rejissorların laboratoriyası" fəaliyyət göstərir və burada məşhur teatr xadimləri ustad dərsləri keçirlər.

Azərbaycanı təmsil edəcək gənc rejissorlar V.N.Pankov, V.A. Rıjakov, K.M.Qinkas, A.Y.Şapiro, A.Şenderova, A.S.Konçalovskiy kimi ünlü rejissorların ustad dərslərində iştirak edəcəklər.

Qeyd edək ki, A. Sadıqov və Ə. Cahangirovun bu tədbirdə iştirakı Teatr Xadimləri İttifaqının dəstəyi ilə baş tutacaq.

"Bizə göstərdiyi etimada və bu cür mötəbər tədbirdə iştirakımızı təmin etdiyinə görə Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətova təşəkkürümüzü bildiririk", - deyə gənc rejissorlar bildirib.

Bahar
AzNews.az