Xalq artisti Ramiz Əzizbəylinin səhhətində müsbət irəliləyişlər var. Xalq artisti Ramiz Əzizbəylinin səhhətində müsbət irəliləyişlər var.

“Mənə yaşamaq lazımdır” - Ramiz Əzizbəyli

Xalq artisti Ramiz Əzizbəylinin səhhətində müsbət irəliləyişlər var.


Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib.

Aktyor müalicəsinin ev şəraitində davam etdirildiyini bildirib:

"Səhhətim yaxşıdır, ev şəraitində gəzirəm, hər şey öz qaydasına düşüb".

Aktyor hazırda səhhətindən başqa heç bir şey haqda düşünmədiyini vurğulayıb: "Mənə ancaq sağlamlıq və yaşamaq lazımdır".

Xatırladaq ki, aktyor bir ilə yaxındır ki, insult xəstəliyindən əziyyət çəkir.

Bahar Rüstəmli
AzNews.az