Azərbaycan-sovet kinosunun aktyoru, müğənni, xalq artisti Mirzə Babayevin bu gün doğum günüdür. Onun 102 yaşı tamam olub. Azərbaycan-sovet kinosunun aktyoru, müğənni, xalq artisti Mirzə Babayevin bu gün doğum günüdür. Onun 102 yaşı tamam olub.

“Mirzə Babayev yenə də aramızdadır” - Brilliant Dadaşova

Azərbaycan-sovet kinosunun aktyoru, müğənni, xalq artisti Mirzə Babayevin bu gün doğum günüdür. Onun 102 yaşı tamam olub.

Xalq artisti Brilliant Dadaşova Mirzə Babayev haqda fikirlərini AzNews.az-la bölüşüb.

O, Mirzə Babayevin bu gün də varlığını hiss etdiyini deyib:

"Mirzə Babayev dünyasını dəyişsə də yenə də aramızdadır. O, musiqidə yaşayır. Musiqidə onun məktəbini keçən şagirdləri var. Onun səhnədə özünü aparmaq mədəniyyəti, səsindəki qeyri-adilik həmişə xatırlanacaq".


B.Dadaşova bildirir ki, Mirzə Babayev bütün estrada ifaçılarından özünəməxsus çalarları, səs tempilə fərqlənib: "Onun qəlbi də təmiz idi. Bu, uzaqdan aydınca hiss olunurdu. Mirzə Babayevin səhnə mədəniyyəti ilə daxili mədəniyyəti də bir-birini tamamlayırdı".



Qeyd edək ki, Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərində dünyaya gəlib.

M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb. Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir.

O, müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman – görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.

1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.

Azərbaycan SSR-nin əməkdar artisti, Azərbaycan Respublikasının xalq artisti, iki dəfə "Humay" mükafatı laureatıdır.

O, 2003-cü il yanvarın 13-də 90 yaşında vəfat edib.

Bahar RÜSTƏMLİ
AzNews.az