Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca prezidentin onu təltif etdiyi “Şərəf” ordenindən danışıb. Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca prezidentin onu təltif etdiyi “Şərəf” ordenindən danışıb.

“İlham Əliyev mənə çox yaxşılıqlar edib“ - Xalq şairi

Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca prezidentin onu təltif etdiyi “Şərəf” ordenindən danışıb.


O, AzNews.az-a açıqlmasında belə bir ali mükafata layiq görüldüyünə görə, Prezidentə təşəkkürünü bildirib:

"Dövlət əməyimi qiymətləndirib, mənə mükafat verib. "Şərəf" ordeni ölkənin yüksək ordenlərdən biridir. Təşşəkür edirəm Ilham Əliyevə. Prezident mənə çox yaxşılıqlar edib".

F. Qoca deyib ki, 65 ildir ki, şeir yazır, amma bunun qarşılığını heç vaxt gözləməyib:

"Bu illər ərzində heç vaxt gözləməmişəm ki, yazdığım şeirə görə, nəsə bir mükafat alacam. O şeirlər ürəyimin ehtiyacıdır, gəlir yazıram. Yazmasam ölərəm. Şeirlərimin oxucuları var. Onlar mənə hörmət edib yazdıqlarımı oxuyurlarsa, mənim mükafatım ilk növbədə budur".

Xatırladaq ki, F.Qocanın 80 illik yubileyi münasibətilə "Şərəf" ordeni ilə təltif edib.

Bahar RÜSTƏMLİ
AzNews.az