“Anamın kitabı“ gəlir

Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinin məşqləri gedir. Tamaşa rejissor Firudin Məhərrəmovun quruluşunda ərsəyə gələcək.

Qeyd edək ki, F.Məhərrəmov Sumqayıt Dram Teatrının rejissorudur. Tamaşada Ana obrazını istedadlı aktrisa İradə Ağasıbəyli yaradacaq. Teatrdan verilən məlumata görə, əsər noyabr ayının ortalarında teatrsevərlərin ixtiyarında olacaq.

Bahar Rüstəmli
AzNews.az