Sumqayıt teatrı repertuarını açıqladı – “Hacı Qara”, “Hökm”…

Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümün açılışına hazırlaşır.

Teatrdan AzNews.az-a verilən məlumata görə, kollektiv bu mövsümü "Burdan min atlı keçdi" tamaşası ilə açacaq.

Qeyd edək ki, teatr bu mövsümdə müraciət olunacaq əsərlərin adını açıqlayıb. Belə ki, tamaşaçılar M.F.Axundzadənin "Hacı Qara" komediyası, Alber Kamyunun "Kaliqula", Frans Kafkanın "Hökm" psixoloji dramları əsasında hazırlanan tamaşalara baxacaqlar. Teatrdan verilən məlumata görə, Bolqarıstandan dəvət olunmuş rejissor və bəstəkar Tandemi "Otello" faciəsinin muzikl versiyasını hazırlayacaq.

AzNews.az