Kanadada “Azərbaycan şənliyi” keçiriləcək

Noyabrın 10-da Kanadada "Azərbaycan şənliyi" keçiriləcək. Tədbirin təşkilatçısı bu ölkədə nəşr olunan "Heydərbaba" dərgisidir. Tədbirdə rəqs və musiqi qruplarının iştirakı nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Kanadada 5 ildir nəşr olunan "Heydərbaba" dərgisi tədbirin keçirilməsinə yardım məqsədilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciət edib.

Şənliyin məhz noyabrın 10-da keçirilməsində məqsəd Güney Azərbaycan Milli Hökumətinin yaradılmasının 76-cı ildönümünü qeyd etməkdir.

Elnarə Əlosmanqızı
AzNews.az