Alim Qasımov Norveçə gedir

Xalq artisti Alim Qasımov Norveçə səfər edəcək.

Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. Məlumata görə, xanəndə səfər çərçivəsində iki günlük konsert proqramı ilə çıxış edəcək: "Bu səfərdə mənimlə yanaşı Əməkdar artist Fərqanə Qasımova da olacaq. Konsert oktyabrın 28 və 30-da baş tutacaq".

Qeyd edək ki, Qasımovlar Azərbaycana noyabrın 1-də dönəcək.

AzNews.az