- Köhnə - Mədəniyyət
- 24 Oktyabr 2012 16:51
- 2 534
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu olacaq

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, YUNESKO Baş Qərargahında keçirilən görüşdə 2003-cü il Konvensiyası və onun direktivləri, Qeyri-maddi mədəni irs üzrə siyahıdakı nominasiyalar, təsnifat qaydaları, "oxşar elementlər"in daxil edilməsi qaydası, daxil edilən elementlərin mühafizə yolları və məlumatlandırılma və s kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində həmçinin, BMT Sivilizasiyalar Alyansının Strateji məsələlər üzrə müşaviri Jan Kristof Bas və YUNESKO nümayəndələri ilə görüşlər zamanı 2013-cü ildə Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq prosesi müzakirə olunub.
Bahar Rüstəmli
AzNews.az