2016-cı ildə ölkəmizə daha çox turistlərin cəlb edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında İşçi Qrup yaradılıb. 2016-cı ildə ölkəmizə daha çox turistlərin cəlb edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında İşçi Qrup yaradılıb.

Nazirliklə QSC birgə İşçi Qrup yaratdı – Prezidentin tapşırığı ilə

2016-cı ildə ölkəmizə daha çox turistlərin cəlb edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında İşçi Qrup yaradılıb.


Bu barədə AzNews.az-a nazirlikdən məlumat verilib. Məlumata görə, bu gün işçi qrupunun ilk toplantısı keçirilib.

Görüşdə aşağıdakı məsələlər müzakirə edilərək 2016-cı ildə ortaq fəaliyyətə dair razılıq əldə edilib:

1."Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən birbaşa uçuşların həyata keçirildiyi ölkələrin vətəndaşları üçün həmin ölkələrin spesifikası, turistlərin səyahət tendensiyaları, onların qərar qəbul etmə xüsusiyyətləri, eləcə də seçilmiş ölkə üzrə bayram və tətil günləri nəzərə alınmaqla, birgə fəaliyyət çərçivəsində müvafiq aşağı büdcəli tur paketlərin hazırlanması, həyata keçirilməsi və ortaq şəkildə təbliğinin aparılması;

2.Bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycan Hava Yolları"nın ortaq milli stendlə iştirakının həyata keçirilməsi;

3.Hər iki qurumun bir sıra xarici dövlətlərdə fəaliyyət göstərən nümayəndəliklərin imkanlarından birgə istifadə;

4.2016-cı ildə gəlmə turizm baxımından Azərbaycan üçün prioritet hesab olunan ölkələrin turizm sənayesi və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ölkəmizə 20-dən artıq tanışlıq səfərinin birgə həyata keçirilməsi;

5.Hər iki qurum tərəfindən bir sıra xarici ölkələrdə ortaq reklam və marketinq fəaliyyətinin aparılması (küçə və ictimai reklam, dövrü nəşrlərin dəstəklənməsi, elektron marketinq fəaliyyəti və s.).

Qeyd edək ki, adıçəkilən fəaliyyətlərin Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, ABŞ, İsrail, Çin və Körfəz ölkələrində aparılması müzakirə edilib. Həmçinin yaxın müddət ərzində 2016-cı il üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında ortaq fəaliyyət planının həyata keçirilməsi üzrə sənədin imzalanması nəzərdə tutulub.