Musiqili Teatrda “Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq. Musiqili Teatrda “Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq.

“Ər və arvad” 50-ci dəfə səhnədə - Fotolar

Musiqili Teatrda “Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq.


Teatrdan AzNews.az-a verilən məlumata görə, tamaşa dahi Üzeyir Hacıbəylinin 125 və Dövlət Musiqili Teatrının 100 illik yubileylərinə həsr olunub.

Qeyd dək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur.

Tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov və Fərid Rzayev ifa edirlər.



AzNews.az