- Köhnə - Mədəniyyət
- 17 Noyabr 2015 12:43
- 8 085
Zəlimxan Yaqubun səhhəti ilə bağlı – Yeni məlumat

Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub müalicə üçün üz tutduğu Almaniyadan geri qayıdıb.
Bu barədə AzNews.az-a məlumat verən şairin sözlərinə görə, o, hazırda özünü yaxşı hiss etsə də səhhətində problemlər qalmaqdadır. Xalq şairi orqanizminin çox zəif olduğunu, hazırda ev şəraitində müalicə aldığını deyib.
Z.Yaqub onu da əlavə edib ki, yaxın aylarda Amaniyaya gedişi gözlənilmir.
Bahar RÜSTƏMLİ
AzNews.az