Rasim Balayev ekranlara qayıdır – Yeni film

Uzun fasilədən sonra Xalq artisti Rasim Balayev yeni filmə dəvət alıb.


Bu barədə məlumatı AzNews.az-a aktyorun özü verib. O, adını gizli saxladığı bir filmdə rol alması üçün təklif aldığını, lakin hələ razılıq vermədiyini bildirib: "Rejissorla görüşməliyəm, müzakirə aparmalıyıq. Rolun mahiyyətindən, filmin süjet xəttindən xəbərdar olmalıyam. Bu suallara cavab alandan sonra rolla bağlı fikrimi deyəcəyəm".

Qeyd edək ki, aktyor mətbuata müsahibəsində uzun müddətdir ki, rol almadığını və səhnə üçün darıxdığını bildirmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az