Anar: “AYB ən təmiz təşkilatlardan biridir”

"Mən başa düşə bilmirəm ki, Azərbaycan Yazıçılar Birliyinə niyə ögey münasibət bəslənilir? Mən cəmiyyətin hər təbəqəsindən bunu hiss edirəm. Amma bilin ki, AYB cəmiyyətin ən təmiz təşkilatlarından biridir". Bunu AYB sədri Anar rəhbərlik etdiyi qurumun ləğv edilməsini istəyənlərə cavabında bildirib.

Anarın sözlərinə görə, AYB-in Sovetlər dönəmində yaranması onun bağlanması üçün əsas deyil: "Məktəblər, metro, hətta Akademiya da sovetlər dövründə yaranıb. Əgər AYB-in ləğvini istəyiriksə, onda bu təşkilatlar da ləğv olunmalıdır".

Bahar Rüstəmli
AzNews.az