“Hepatit C” xəstəliyindən əziyyət çəkən yazıçı Kənan Hacı hazırda müalicəsini davam etdirir. “Hepatit C” xəstəliyindən əziyyət çəkən yazıçı Kənan Hacı hazırda müalicəsini davam etdirir.

“Virus sümüyümü yeyir” - Kənan Hacı

“Hepatit C” xəstəliyindən əziyyət çəkən yazıçı Kənan Hacı hazırda müalicəsini davam etdirir.



O, AzNews.az-a açıqlamasında bildirib ki, xəstəliyi ilə bağlı müalicəsi həm dövlət səviyyəsində, həm də dostların sayəsində davam edir: "Dekabr ayında Türkiyəyə gedib müayinədən keçdim. Orada 32 növ analiz verdim. 10 günə kimi orada qaldım. Həmin analizlərin və qan nümunələrinin bəziləri Almaniyaya göndərilib. Amma əldə olunan analiz cavablarına əsasən həkimlər xəstəliklə əlaqədar ciddi müalicəyə ehtiyac olduğunu deyirlər".

Yazarın sözlərinə görə, həkimlər onun daşıdığı virusun insan orqanizmi üçün cox təhlükəli olduğunu deyiblər: "Azərbaycanlı aktrisa Məlahət Abbasovanın köməkliyi ilə mən türkiyəli həkimlə görüşdüm. Həkim deyir ki, bu virus sümüyü yeyir. Müalicə üçün yazılan dərmanların bəzilərini Türkiyədən almışam, bəzilərinə isə imkan yoxdur. Azərbaycanda dərmanlar çox bahadır deyə onları ala bilmirəm".

Yazıçı onu da bildirib ki, dekabrın 27-nə kimi Almaniyaya göndərilən analizlərin cavabı gəlməli idi, amma hələ də gəlib çıxmayıb.

Xatırladaq ki, Hepatit C xəstəliyindən əziyyət çəkən yazıçı Kənan Hacı bir müddət əvvəl 1 saylı Şəhər Klinik xəstəxanasında 10 gün müalicə alıb.

Bahar RÜSTƏMLİ
AzNews.az